İdman turızmı

“ASEP” şirkəti təkcə bizim ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda öz fəaliyyətini genişləndirir. Bizi müxtəlif idman yarışlarına, forumlara, konfranslara dəvət edirlər. Çin Respublikasında keçirilmiş Beynəlxalq Futbol konfransında fəxri qonaq kimi, Minsk şəhərində Biznes Liqanın mini futbol üzrə yarışlarının açılışna dəvət olunmuşuq. Biz 2018-ci ildə Dünya çempionatının Kremldə keçiriləcək püşkatma mərasiminə, habelə Soçi şəhərində keçiriləcək Gənclər Festivalına dəvət olunmuşuq. Çoxsaylı idman təşkilatları ilə, federasiya və idman cəmiyyətləri ilə sıx əməkdaşlıq idman turizminin inkişafına əlverişli zəmin yaradır. Dövlət idarələrinin və nazirliklərin dəstəyi ilə ”ASEP” tərəfindən təşkil edilən beynəlxalq miqyaslı idman tədbirləri nəinki yaxın xaricdən, eyni zamanda uzaq xaricdən idman cəmiyyətlərini cəlb edir.
“ASEP” idman turizminin inkişafı layihəsinə yaxın zamanlarda başlamasına baxmayaraq, demək olar ki, layihənin böyük hissəsinin işlənib hazırlanmaq ərəfəsindədir. Lakin, bu perspektiv layihələrdə beynəlxalq kontraktların qeydə alınmasına, idmanla bağlı istənilən yarışlarda əməkdaşlıqa və dostluq memorandumlarının əldə edilməsinə, Azərbaycanda keçiriləcək idman yarışlarının himayə edilməsinə mane olmur.

Fəaliyyət

Layihələr

Xəbərlər