Azfar Qadın Liqası

Azfar Qadın Liqası (AQL) futbol üzrə həvəskar qadın liqası olaraq Azfar Group və ASEP şirkətləri tərəfindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılmışdır.
Liqaya – ictimai xadimlər, aktrisa və modellər, gözəllik müsabiqələrinin qalibləri, dizayner, mühəndis və digər peşə sahibləri daxildir ki, onların hamısını idmana məhəbbət birləşdirir.
Sosial statusu və peşəsindən asılı olmayaraq qızların hər biri futbol meydaçasına çıxmaqla qarşısına bir məqsəd qoyur - idmanı, o cümlədən futbolu populyarlaşdırmaq, gəncləri təkcə sağlam həyat tərzinə deyil, həm də aktiv sosial fəaliyyətə yiyələndirmək.
Futbol, dünyada ən çox vüsət almış idman növü olaraq, bəşəriyyətin zərif hissəsi olan qadınlar arasında hələ ki bir o qədər də populyar deyil.
Lakin Azfar Qadın Liqasının gözəl oyunçuları futbol ilə məşğul olmağa başlayan ilk gündən bircə ona heyifsləndilər ki, bu idman növünü yalnız indi özləri üçün “kəşf ediblər”.
Axı tutbol insana tükənməyən enerji, ruh yüksəkliyi, xoş ovqat və pozitiv emosiyalar bəxş edir.
AQL özünü  iddialı, savadlı, yaradıcı, yeni ideyalardan ilham alan qızlar liqası kimi təqdim edərək, missiyasını gənclərə dəstək olmaqda, xalqın həyat səviyyəsini yaxşılaşdıqmaqda, milli dəyərləri yaşatmaqda və mühüm sosial layihələri həyata keçirməkdə görür.

Fəaliyyət

Layihələr

Xəbərlər