Azfar Tələbə Liqası

Azfar Tələbə Liqası (ATL)  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azfar Group və АSEP şirkətləri tərəfindən  yaradılmışdır.
Liqaya ölkəmizin müxtəlif Ali Təhsil Müəssisələrində təhsil alan müasir, təşəbbüskar, məqsədyönlü, aktiv sosial pozisiyası olan tələbələr daxildir. 
Onların sırasında gələcək iqtisadiyyatçılar, memarlar, diplomat və bankirlər, menecer və digər peşə sahibləri mövcuddur. Respublikamızın gələcəyi, onun inkişafı məhz bu gənclərin əllərindədir. 
Liqanın üzvlərini sadəcə idmana, o cümlədən futbola olan həvəs deyil, həm də ümumi missiya birləşdirir – müasir və sağlam cəmiyyətin ən başlıca şərti olan aktiv həyat tərzinin təbliğatı.
Tələbələr arasında keçirilən müxtəlif yarışlar – daxili, institutlararası turnirlər, şəhər və respublika miqyaslı çempionatlar gənclərin fiziki potensialını inkişaf etdirməklə və komanda ruhunu möhkəmləndirməklə yanaşı, onlarda, gələcəkdə istənilən peşə sahəsində lazım olacaq  lider keyfiyyətlərini  də formalaşdırır.
Tələbə Liqası daim öz fəaliyyət çərçivəsini genişləndirir – belə ki, yaxın zamanda xarici matçların təşkili, liqanın beynəlxalq tələbə yarışlarında iştirakı nəzərdə tutulur ki, bu da ölkəmizin dünya birliyinə inteqrasiyasına dəstək olacaq.

Fəaliyyət

Layihələr

Xəbərlər