07/07/2017

Azfargroup və ASEP ABL Cup turnirinin keçirilməsini elan edirlər

asep

Hər il mini-futbol üzrə keçirilən “Biznes-liqa” Azərbaycan şirkətləri arasında artıq populyarlaşan korporativ turnirdir. Lakin belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək.
Şübhəsiz ki, «ABL Cup 2017-2018» təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək.
Təşkilat komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir – belə ki, çempionatda yaxşıların yaxşısı – Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləti iştirak edəcək.
Turnirin bütün mərhələləri mətbuatda, İnternet səhifələrində, radio və televiziya kanallarında geniş işıqlandırılacaq.
Turnirin təşkili və keçirilməsi ilə parallel şəkildə tədbirin təbliğatı, ən geniş kütlələrin məlumatlandırılması və KİV marağının cəlb edilməsinə yönəldilmiş genişmiqyaslı PR kampaniyası aparılır. 
«ABL Cup 2017-2018» Təşkilat komitəsi tədbir haqqında KİV-ni öncədən xəbərdar etməklə çempionatdan əvvəl, onun gedişatı zamanı və sonra müvafiq materialların dərc olunmasına zəmin yaradacaq.

Fəaliyyət

Layihələr

Xəbərlər