ABL Cup turniri

Azərbaycanda ilk dəfə olaraq keçirilən Azfar Business League Cup  turnirinin təşkilatçısı- ASEP (AZFAR SPORT EVENT & PROMOTION) şirkətidir. 
32 komandanın qatıldığı Biznes-liqanın oyunları «Azfar Group» şirkətinin futbol meydançalarında keçirilir. 
Hər bir komanda və oyunçu haqqında məlumatları özündə əks etdirən çempionatın rəsmi saytı yaradılıb – www.abl.az. Saytda həmçinin keçiriləcək oyunlar haqqında anonslar, oyunların nəticələri və statistikası, müxtəlif foto və video materiallar dərc edilir. 
ABL Təşkilat Komitəsi yarışlarda iştirak etmək üçün ciddi seçim apararaq, Azərbaycanın ən qabaqcıl iri şirkətlərinin yarışda iştirakı üçün şərait yaratmışdır.
Yarışların bütün mərhələləri KİV (radio və televiziya) vasitəsilə işiqlandırılır. ABL Cup  turnirinin informasiya dəstəkçisi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az saytlarıdır.
ASEP (AZFAR SPORT EVENT & PROMOTION) şirkətinin yaradıcısı olduğu ABL Cup turnirinin gündəliyi, hər şənbə günləri ATV kanalında yayımlanır. 

Fəaliyyət

Layihələr

Xəbərlər