23/01/2018

Azfar futbol məktəbi növbəti “Açıq qapılar gününü” keçirdi

Açıq qapılar günü

Yanvar ayının sonlarına qədər, hər bazar günü, 4-15 yaşlı uşaqlar və onların valideynləri üçün Azfar futbol məktəbi “Açıq qapılar günü” keçirir. İkinci dəfə keçirilən “Açıq qapılar günü”-nə 50 nəfərə yaxın uşaq qatıldı və baş məşqçi Vladislav Qədirovun onlar üçün xüsusi olaraq hazırladığı əyləncəli test məşqlərində iştirak etdilər. Maraqlı məşqin sonunda uşaqlar dərs ərzində yeni öyrəndiklərini, futbol oyunu zamanı nümayiş etməyə çalışdılar.
Tədbirə qatılan hər valideyn öz övladının məşq prosesini izləyib, onun uğura gedən yolda ilk addımlarını görə bildi. Bundan başqa, uşaqlar məşq prosesləri zamanı yeni dostlar qazanaraq, meydançadan xoş əhval ilə ayrıldılar. Valideynlər “Açıq qapılar gününə” qatılaraq infrastrukturla tanış oldular, məşq saatlarını, övladlarının gələcək perspektivləri haqqında baş məşqçinin fikirlərini öyrəndilər. Beləliklə gələcək futbolçuların qeydiyyatı başladı.
Qeyd edək ki, həftənin bazar günü 28 yanvar tarixində 11:00-13:00-da Azfar futbol məktəbinin növbəti “Açıq qapılar günü” keçiriləcək. Tədbirə gələn uşaqlar, Vladislav Qədırovun və Azfar futbol məktəbinin ixtisaslı məşqçi komandası rəhbərliyi altında məşq prosesinə qatılaraq, ilk uğurlu addımlarını atmağa hazırlaşacaqlar.

ASEP şirkəti Azfargoup-un dəstəyi ilə şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyəyə start verdi– Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açıldı. Gələcəkdə sözügedən məktəblər şəbəkəsinin şəhərin bütün rayonlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu bir çox vacib məsələni həll edəcək bir layihədir: uşaqların idmanla məşğul olmağa cəlb olunması, uşaq və gənclər futbolunun inkişafı, idman potensialının üzə çıxarılması və peşəkar kadrların yetişdirilməsi və cəmiyyətin sağlam inkişafı.
Bu cür məktəblər yalnız uşaqları deyil, onların valideynlərini də sevindirir – belə ki, idmanla məşğul olan uşaq həm fiziki, həm də əxlaqi və mənəvi cəhətdən sağlam böyüyəcək və pis mühitlərdən zaq qalacaq.
AZFAR futbol məktəbinin mövcud məktəblərdən əsas fərqi nədir? İlk növbədə, tədrisə peşəkar yanaşmada. Gənc futboçulara yalnız futbol oynamaq üçün praktiki bacarıqlar deyil, eyni zamanda nəzəri biliklər də öyrədilir.
AZFAR futbol meydançaları (Bakının bütün rayonlarında fəaliyyət göstərən 29 açıq və qapalı meydança) – adi stadionlalar deyil, futbolla tam məşğul olmaq üçün hər bir şəraiti – FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, məşqlər zamanı minimal zədə, rahat soyunub-geyinmə otaqları və duşlar, bütün uşaqlara veriləcək idman dəstləri - olan bütöv bir infrastrukturdur.
Valideynlərin xidmətinə rahat avtomobil dayanacaqları, bir fincan qəhvə ilə monitorlardan məşqlərin gedişinə və məşqçilərin işinə baxa biləcəkləri istirahət zonası və kafe təqdim edilir.
Valideynlər mütəmadi olaraq keçiriləcək Valideyn günləri hesabına daimi olaraq övladlarının nailiyyətləri və problemləri ilə bağlı məlumat alacaqlar.
AZFAR məktəbləri gənc idmançılar üçün böyük perspektivlər yarada bilər.
Mövcud infrastrukturun dəstəyi ilə burada mütəmadi olaraq səfər kampları, çempionatlar, beynəlxalq turnirlər və yarışlar keçiriləcəkdir, bu da daha istedadlı yeniyetmələrin üzə çıxarılmasına və onların peşəkar futbol klublarının akademiyalarına seçilməsinə kömək edəcək.
Qeyd edilməlidir ki, AZFAR məktəblərində yalnız oğlanlar üçün deyil, qızlar üçün də seksiyalar nəzərdə tutulmuşdur. Məşqlər və dərslər isə 4-15 yaş arası uşaqlar üçün 6 yaş kateqoriyası üzrə keçirilir.
Münasib qiymət, tək abunəliyin tətbiqi, rahat ödəniş üsulları da AZFAR məktəblər şəbəkəsinin əhəmiyyətli üstünlüklərindəndir.

Fəaliyyət

Layihələr

Xəbərlər