02/02/2018

ABL Cup 2017/18 turnirinin “Texniki iclası”

ABL Cup 2017/18 turnirinin Texniki iclası

1 fevral tarixində Pullman oteldə ABL Cup 2017/18 turnirinin iştirakçı komandaları ilə texniki iclas keçirildi. Biznes-liqanın yaz kubokunun keçirilməsinə dair vacib məsələlərin müzakirə olunacağı iclasda, komanda nümayəndələri iştirak etdi. Gündəmin əsas məsələri sırasında:
1. Komandanın tərkibində çıxış edən oyunçuların, həmin şirkətin əməkdaşı olması ilə əlaqədar E-gov çıxarışların tətbiqi.
2. Oyunçuların professional statusunun yoxlanılması
3. Komandanın oyun forması
4. Yaz fəslində keçiriləcək növbəti turnirin formatının təyini (2 diviziyona bölünməsi), ABL Cup 2017/18 turniri ilə əlaqədar digər nüanslar müzakirə olundu.

Texniki iclasda iştirak edən bütün komandalara təşəkkürümüzü bildiririk.

Fəaliyyət

Layihələr

Xəbərlər