01/03/2018

Azfar Futbol məktəbinin özəlliyi

Azfar Futbol məktəbinin, sıralarına hər gün yeni yetirmələr qoşulmaqdadır. Məktəbimizdə fəaliyyət göstərən, UEFA A kateqoriyalı baş məşqçi Vladislav Qədirov və onun komandası, uşaqların bacarıqlarını üzə çıxarıb və püxtələşdirən maraqlı məşqlər keçirirlər. Məktəbimizin yetirməsi olan hər bir uşağa göstərilən fərdi yanaşma, müasir infrastruktur, yaş qruplarının formalaşdırılması, bazar günü məşqlərinin düzənlənməsi, məşq cədvəlinin təşkili Azfar Futbol məktəbini seçilənlərdən edir. Məşqçilər və valideynlərin vəhdət təşkil edən birgə fəaliyyəti nəticəsində uşaqların sağlamlığı, dərs davamiyyəti müşahidə olunur və onlara sağlam həyat tərzi aşılanır. Gənc futbolçulara olan fərdi yanaşma və diqqət nəticəsində, onların təkcə texniki bacarığları deyil. Eyni zamanda, komanda tərkibində oynamaq mədəniyyəti, ruh yüksəkliyi və özgüvən kimi keyfiyyətləri də püxtələşir. Azfar Futbol məktəbinin qapıları, hər kəs üçün açıqdır.
Məktəbimizə gələrək, hər uşaq pulsuz ilk məşqdə iştirak edə bilər.

Əlavə məlumat üçün: +99450 295 21 29, +99412 404 73 39
https://www.facebook.com/azfarfootballschool/
http://www.asep.az/az/azfarfootballschool

Fəaliyyət

Layihələr

Xəbərlər