02/04/2018

ABL Cup 2017-2018 Yaz mövsümündə qrupların tərkibi müəyyənləşib

Martın 30-da “Pullman Baku” otelində ABL Cup 2017-2018 mini-futbol turnirinin Yaz mövsümünün püşkatma mərasimi keçirilib. Tədbirdə təşkilatçı ASEP şirkətinin rəsmiləri, AFFA və Azərbaycan Mini-Futbol Federasiyasının rəsmiləri, sponsorların təmsilçiləri, iştirakçı komandaların nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Sənan Şəfizadə qonaqları salamlayaraq, püşkatmanın keçirilmə qaydası haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.

Püşk zamanı turnirdə iştirak edəcək 32 komanda, Payız mövsümünün nəticələrinə əsasən, hərəsində 8 komanda olmaqla 4 səbətə, həmçinin mavi və çəhrayı qruplara bölünüb.

Birinci səbətdə Payız mövsümünün ən güclü səkkiz komandası, 2-ci səbətdə 9-16-cı yerləri, 3-cü səbətdə 17-24-cü yerləri tutanlar, sonuncu 4-cü səbətdə isə qalan komandalar və debütantlar yer alıb.

Mavi qrupda ABL Cup 2017-2018 Payız mövsümünün ən yaxşı 16 komandası, çəhrayı qrupda isə digər komandalar və debütantlar yer alıb.

Püşkatmanı 1987-ci ildə SSRİ-nin yeniyetmələr yığmasının heyətində U-16 dünya çempionu olmuş həmyerlimiz Vladislav Qədirov keçirib. Nəticədə hərəsində 4 komanda olmaqla 8 qrupun tərkibi müəyyənləşib.

Püşkatmanın nəticələri ilə www.abl.az saytında tanış ola bilərsiniz.

Bildirək ki, Biznes Liqanın Yaz mövsümündə bir neçə komanda debüt edəcək. Bunlar “Azərkosmos”, “Optimal”, “Təhsil Nazirliyi” və “R.İ.S.K. Company” komandalarıdır.

Qrup mərhələsinin ilk turunun oyunları 7 aprel tarixində saat 12:00-da start götürəcək və Azfar “Şəfa”da keçiriləcək. Final qarşılaşması 27 may 2018-ci ildə baş tutacaq.

ABL Yaz kubokunun oyunlarından görüntülər, vurulan ən gözəl qollar ATV televiziya kanalında hər həftə yayımlanacaq icmal proqramında izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, ABL Cup 2017-2018 Payız mövsümü ötən il oktyabrın 28-dən dekabrın 17-nə kimi keçirilmişdir və oyunlarının hamısında qalib gələn “Azersun Holding” komandası çempion olmuşdur.

ABL Yaz kubokunun oyunlarından görüntülər, vurulan ən gözəl qollar ATV televiziya kanalında hər həftə yayımlanacaq icmal proqramında izləyicilərə təqdim olunacaq. Biznes-liqa haqqında bütün məlumatlar, rəsmi saytda qeyd olunacaq www.abl.az

Fəaliyyət

Layihələr

Xəbərlər