06/04/2018

AZFAR Futbol məktəbində uşaqlar fiziki hazırlıq dərəcələri üzrə ilk sınaqdan keçiblər

AZFAR Futbol məktəbində uşaqlar fiziki hazırlıq dərəcələri üzrə ilk sınaqdan keçiblər

Ötən həftə AZFAR futbol məktəbinin müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edən futbolçularının fiziki hazırlıq dərəcələrinin yoxlanılması və yüksəldilməsi məqsədilə təlim keçirilib.

Təlim AZFAR futbol məktəbinin baş məşqçisi, 1987-ci ildə SSRİ-nin yeniyetmələr yığmasının heyətində U-16 dünya çempionu olmuş həmyerlimiz Vladislav Qədirovun rəhbərliyi altında keçirilib. Gənc futbolçular qaçış, uzunluğa tullanma, topu əl ilə uzağa atma və digər müxtəlif normativlər üzrə testləri veriblər. Fiziki hazırlıq dərəcələri üzrə nəticələr müəyyən olunduqdan sonra bütün uşaqlar sertifikatlar və döş nişanları ilə təltif ediliblər. Futbolçulara mükafatları AZFAR futbol məktəbinin təsisçisi olan ASEP şirkətinin Baş direktoru Andrey Sarıçev və məktəbin baş məşqçisi Vladislav Qədirov təqdim ediblər. Təlimi uşaq futboçuların valideynləri də izləyiblər.

2018-ci ilin yanvar ayından fəaliyyətə başlayan AZFAR futbol məktəbi hazırda fəaliyyətinin üçüncü ayındadır. Məktəbin başlıca məqsədləri futbolu kütləviləşdirmək, uşaqlar arasında onu populyarlaşdırmaq, sağlam gələcək nəsil yetişdirmək və futbolun uşaqların genetikasına işləməsi, uşaqların gələcək futbol karyerasına təkan verməkdir. Bu məqsədlə AZFAR futbol məktəbi abunə qiymətlərini çox münasib səvviyədə təyin edib. Ötən əsrin 60-80-ci illərində (Keçmis SSRİ-də) Azərbaycan futbolu həmişə özünəməxsus yüksək texniki bacarıqları olan oyunçuları ilə seçilib və futbolçularımızı yenidən həmin keyfiyyətlərlə yetişdirmək, gələcəyin potensial ulduzlarının kəşf etmək AZFAR futbol məktəbinin başlıca missiyalarından biridir.

Bu məktəbinin əsas üstünlüyü ondadır ki, uşaqlarla birbaşa olaraq A kateqoriyalı baş məşqçi Vladislav Qədirov çalışır və AZFAR futbol məktəbi ölkəmizdə uşaqlarla A kateqoriyalı məşqçinin çalışdığı ilk və tək məktəbdir. Hətta dünya üzrə belə bu cür uşaq futbol məktəblərinin sayı azdır.

AZFAR futbol məktəbinin beş meydançadan ibarət olan təlim-məşq bazası Bakı şəhəri, Yusif Səfərov küçəsi, 45 ünvanında yerləşir.
Uşaqların istənilən hava şəraitində rahat məşq etmələri üçün stadionlar soyuq fəsillərdə tam qapalı vəziyyətə, yaz və yay mövsümlərində isə yan tərəfləri açıq şəkilə gətirilir.
Futbol məktəbində məşqlər həftədə üç dəfə olmaqla, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri keçirilir və hər bir məşq 90 dəqiqə davam edir.
Qeyd edək ki, uşaqların məktəbə yazılması üçün heç bir məhdudiyyət yoxdur, məktəbə qəbul zamanı uşaqlar arasında seçim aparılmır və beləcə 4-13 yaşları arasında hər bir uşaq məktəbə yazılmaqla arzusunu gerçəkləşdirə bilər. Məktəbdə hazırda 50-dən çox uşaq məşq edir. Uşaqların yarışma xüsusiyyətlərini, futbol aləminin bütün aspektlərini hiss etmələri üçün ayda bir dəfə onlarla digər futbol məktəblərindən olan həmyaşıdları arasında yoldaşlıq görüşləri keçirilir. Bu zaman komandalar müxtəlif yaş qrupları üzrə bölünür.

Azfar futbol məktəbi haqqında daha ətraflı məlumatı asep.az saytından, məktəbin facebook və instagram səhifələrindən və aşağıdakı nömrələrdən əldə edə bilərsiniz.

Əlaqə məlumatları: 050 295 21 29; 012 404 73 39

http://www.asep.az/az/azfarfootballschool
https://www.facebook.com/azfarfootballschool/
https://www.instagram.com/azfarfootballschool/

Fəaliyyət

Layihələr

Xəbərlər