Tarix

İdman tədbirlərinin təşkili və idarəolunması üzrə şirkətin yaradılması ideyası 2017-ci ildə Azfargroup şirkətinin bazası əsasında meydana gəlmişdir. Qısa müddət ərzində “ASEP” LLC (Azfar Sport Events& Promotion) yaradılmış və idman tədbirlərinin təşkilində hamı tərəfindən tanınmış markaya çevrilmişdir. Şirkətə idarəetmə və kommersiya, marketinq və satış, böyük idman tədbirləri və yarışlarının keçirilməsində təcrübəsi olan mütəxəssislər dəvət olunmuşdur. Məhz buna görə istər fiziki şəxsə, istər korporativ, istərsə də dövlət müəssisəsinə aid olan bütün tələblərə şirkətdə fərdi yanaşma vardır.

Tərəfimizdən işlənib hazırlanmış layihələrə: mini futbol üzrə həvəskar və korporativ turnirlər, qadın həvəskar mini futbol liqaları, tələbə mini futbol liqası, uşaq futbol məktəblərinin yaradılması, promo aksiyaların keçirilməsi, təqdimatlar və irimiqyaslı konfranslar aiddir.
Tədbirlərin keçirilməsi üzrə təcrübəmiz, tez bir zamanda, istənilən tədbir üçün unikal konsepsiyanın işlənib hazırlanması, və maraqlara uyğun müddətdə işin başa çatdırılmasına imkan verir. Biz həmçinin,sizin tədbirləri qeyri-adi şəxsi və ya korporativ bayramlara, bununla da mətbuatın və teleradioverilşlərinin diqqətini PR aksiyalara cəlb etməyə, tədbirlərinizin reytinqinin artmasına və cəlbedici olmasına kömək edə bilərik.

Fəaliyyət

Layihələr

Xəbərlər